Qaynar xətt:

(+99450) 247 90 86

Pakistan pulunun üzərində Türkiyə bayrağı – Təsadüfi hadisənin tarixçəsi

Pakistan pulunun üzərində Türkiyə bayrağı – Təsadüfi hadisənin tarixçəsi

DÜNYA

4222

29.04.2018, 21:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Pakistan İslam Respublikasının hər zaman Türk dövlətlərinin yanında olduğu hər kəsə məlumdur. Bu söhbətdə Pakistan və Türkiyə yaxınlığı isə xüsusilə qeyd edilməlidir.
Bu, istər dövlətlər, istərsə də, xalqlar arasında sıx əlaqə ilə müşahidə olunur. Femida.az Pakistan və Türkiyə münasibətlərini daha da sıxlaşdıran təsadüfi bir hadisə ətrafında kiçik araşdırma aparıb. Pakistanın pul vahidində həkk olunan Türkiyə bayrağının tarixçəsi haradan başlayır?
Pakistanın milli pul vahidi Rupidir. Pakistan, 1988-ci ildən istifadə etdiyi 1000 Rupilik əskinasında 2007-ci ildə dəyişiklik etmək qərarına gəlib. İlk vaxtlar pulun üzərində Pakistanın keçmiş lideri Məhəmməd Əli Cinnahın şəkli həkk olunmuşdu. 2007-ci ildə Pakistan Mərkəzi Bankı pul əskinaslarının dizaynında dəyişikliklə bağlı qərar verir. Həmin qərarda qeyd olunurdu ki, 1000 rupinin üzərində Pakistan bayrağı da həkk olunsun. Amma burada tam təsadüf nəticəsində sonradan tarixə çevriləcək bir hadisə baş verir. Pullar hazırlanan zaman verilmiş dizayn nəticəsində bayrağın rəngi yaşıl yox, qırmızı rəngə çalır. Bu da təsadüf nəticəsində kağızlarının rənglərinin üst-üstə düşməsindən sonra alınır. 2007-ci ildə pul vahidi dövrüyəyə buraxılan zaman yerli sakinlər buna etiraz edirlər. Onlar düşünürdülər ki, Pakistan Mərkəzi Bankı bayrağı təhrif edib. Yaşıl rəng əvəzinə, pullarda qırmızı rəngli bayraq həkk olunub. Bu xəbər bütün Pakistan mediasının əsas mövzusuna çevrilir. Yaranan narazılığa yalnız Pakistan rəhbərliyinin göstərişi ilə Pakistan Mərkəzi Bankının rəhbərinin açıqlaması ilə sona çatır. O, yaydığı rəsmi açıqlamada deyir ki, bu qardaş Türkiyənin bayrağıdır. Həmin vaxt iclaslarda iştirak edən nazir Tarık Azim həmin hadisəni belə şərh edib: “ Bəzi pulların şəklini dəyişdirmək istəyirdik. Nəzərdə tutulanlar 5 min və 1000 Rupilər idi. Yeni formada dizaynı bizə gətirdilər. Çox bəyəndik. Sonradan pullar dövriyyəyə buraxılanda gözlənilmədən Pakistan bayrağının rəngi əvəzinə Türkiyə bayrağının şəkli düşdü. Bu isə bəzi insanların narazılığına səbəb oldu. Biz vəziyyətdən çıxmaq üçün açıqlama verdik ki, Türkiyə dövlətinə sayğı kimi Türkiyə bayrağını həkk etmişik. Bu vətəndaşların şikayətlərinin bitməsinə səbəb oldu. Hətta bizə “ Türk bayraqlı yeni pullar istəyirik” deyənlər də oldu. ( Mənbə: Hürriyət qəzetinin elektron saytı. 28 noyabr 2007-ci il) Xatırladaq ki, Pakistan islam Respublikası Azərbaycana da münasibətdə hər zaman səmimiyyəti ilə seçilir. Pakistan bu günə kimi Ermənistanı müstəqil ölkə kimi tanımayan və onunla heç bir iqtisadi əlaqəsi olmayan dövlətdir.

Digər xəbərlər

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

19:03 / 05 Oktyabr 2026

İDMAN İDMAN

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

16

0
Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

19:00 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

40

0
Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

18:42 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

45

0
medialiteracy-media-gov
Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

18:35 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

64

0
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

18:29 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

47

0
Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

18:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

46

0
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

18:08 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

61

0
Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

18:04 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

103

0
Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

17:59 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

63

0
Bu ölkə İrana uçuşları bərpa etdi

17:56 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Bu ölkə İrana uçuşları bərpa etdi

66

0
Bakının bütün metrostansiyalarından PULSUZ GEDİŞ GÖZLƏNİLİRMİ?

17:54 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakının bütün metrostansiyalarından PULSUZ GEDİŞ GÖZLƏNİLİRMİ?

67

0