Qaynar xətt:

(+99450) 247 90 86

İsrail ABŞ seçkilərinə qədər dayanmayacaq

DÜNYA

179

10.10.2024, 19:52

“Financial Times” (FT) Qərb rəsmilərinə istinadən yazır ki, İsrailin Livanda genişlənən hərbi əməliyyatı çətin ki, ABŞ-da noyabrın 5-nə təyin edilmiş prezident seçkilərinə qədər bitsin.


Oxu24.com xəbər verir  ki,"İki həftə əvvəl israillilər bir neçə həftə ərzində məhdud bir quru işğalından danışırdılar, lakin bu iki həftə uzanır" dedi. Hazırkı vəziyyət “İsrailin ABŞ seçkilərinə qədər dayanacağına dair nikbinliyi ilhamlandırmır”, - deyə rəsmi bildirib.

“Biz onların  dayanmasını və artıq böyük ölçüdə razılaşdırılmış siyasi plana razılıq vermələrini istəyirik, lakin görünür ki, hərbi baxımdan uğur qazanaraq, davam edəcəklər”,- deyə o bildirib.

Nəşr qeyd edir ki, İsrailin siyasi rəhbərliyinin ritorikasının dəyişməsi və əhalinin sərhədyanı rayonlardan təxliyəsinin miqyası Qərbdə İsrail əməliyyatının tezliklə başa çatması ilə bağlı şübhələri artırır.

 

Miri