Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə və Özbəkistan XİN başçıları regional məsələləri müzakirə ediblər

DÜNYA

163

12.09.2024, 13:51

Türkiyənin xarici işlər naziri Hakan Fidan Daşkənddə özbəkistanlı həmkarı Baxtiyar Saidovla görüşüb.

Oxu24.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Xatırladaq ki, H.Fidan, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın Özbəkistanda səfərdədirlər.