Qaynar xətt:

(+99450) 247 90 86

Dovşanı udan piton ilanı qəfəsdən çıxa bilmədi

Dovşanı udan piton ilanı qəfəsdən çıxa bilmədi

DÜNYA

1542

04.04.2019, 20:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
  Tailandda ilan o qədər çoxdur ki, hətta yaşayış ərazilərində rahatca hərəkət edirlər. Belə halların birində piton ilanı dovşanı udub.
Bizimyol.info xəbər verir ki, hadisə Çonburi vilayətində baş verib. İlan Amporn Sirimahanın ailəsi yaşadığı həyətə gəlib, qəfəsdə saxlanılan üç dovşandan birini udub. Amma məhz bu, pitona qəfəsi tərk etməyə mane olub. Orada ilişib qalan sürünəni ilantutanlar ələ keçirib. Hadisənini video görüntüləri də var. Burada ilanın necə tutulması aydın görünür. İlantutanlar sonradan onu ölçürlər. Pitonun uzunluğunun 4,9 metr olması müəyyənləşir.
Keçən il Tailandın başqa bir vilayətində piton ilanı evə hücum etmişdi. Çaçenqsauda sürünən təqaüdçünün evində məskən salıb, onun pişiklərini yemişdi.