Rusiya ilə Türkiyənin hərbi əməkdaşlığını həzm edə bilməyən ABŞ təzyiq göstərməkdə davam edir.
Publika.az xəbər verir ki,
ABŞ dövlət katibi Mayk Pompeo yenidən iki ölkə arasında imzalanan S-400 raket komplekslərinə dair müqavilənin dağıdıcı nəticələrinin olacağını deyib.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Robert Palladino məsələ ilə bağlı açıqlama verib. Bildirib ki, Pompeo bölgədəki təktərəfli türk hərbi hərəkatının potensial təhlükə daşıdığını deyir. Əlavə edib ki, Pompeo şimal-şərqi Suriya ilə bağlı davam edən müzakirələrə dəstək verəcək. Bundan başqa, Pompeonun Rusiyadan S-400 alınması ilə bağlı narahat olduğu qeyd edilib.
ABŞ yeni təhdid olaraq Türkiyədə həbsdə olan ABŞ vətəndaşlarının azad edilməsi məsələsini gündəmə gətirir.
Qeyd edək ki, Rusiya rəsmiləri Türkiyənin S-400 müqaviləsindən imtina etməsi ilə bağlı narahat olmadıqlarını dilə gətirib.
Oxu24.com
ŞƏRHLƏR