Qaynar xətt:

(+99450) 247 90 86

Mask Maduronu təhdid etdi: Onun bığını "kosmik lazer"lə yandıracağıq

Mask Maduronu təhdid etdi: Onun bığını "kosmik lazer"lə yandıracağıq

DÜNYA

291

10.08.2024, 10:08

Amerikalı sahibkar və biznesmen İlon Mask ilə Venesuela Prezidenti Nikolas Maduro arasındakı qalmaqal böyüyür.

OXU24.COM xəbər verir ki, bir-biriləri haqqında təhqiredici fikirlər səsləndirən Mask və Maduro arasında sular durulmaq bilmir.

Venesuela hakimiyyətinin ölkədə "X" sosial şəbəkəsinin fəaliyyətini dayandırmaq qərarından sonra Mask Maduronu təhdid edib.

O, "kosmik lazer"dən istifadə edərək Venesuela Prezidentinin bığını yandıracağını bəyan edib.

"X" sosial şəbəkəsində istifadəçilər milyarderdən Venesuela hakimiyyətinin qərarına cavab olaraq "kosmik lazerlər" hazırlayıb-hazırlamadığını soruşublar. Mask isə belə cavab verib: "Biz onun bığını kosmosdan yandıracağıq!"

Qeyd edək ki, Maduro "X"in ölkə qanunvericiliyini dəfələrlə pozduğunu və buna görə də onun Venesueladakı fəaliyyətinin 10 gün müddətinə dayandırılacağını bəyan edib.