Qaynar xətt:

(+99450) 247 90 86

MAQATE Kursk vilayətində vəziyyətə nəzarət edir

MAQATE Kursk vilayətində vəziyyətə nəzarət edir

DÜNYA

276

09.08.2024, 19:46

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Kursk vilayətində vəziyyətin pisləşməsindən sonra Kursk vilayətində və Kursk Atom Elektrik Stansiyasının (AES) ərazisindəki vəziyyəti diqqətlə izləyir.

 

Oxu24.com xəbər verir  ki, bu barədə avqustun 9-da MAQATE-nin mətbuat xidməti məlumat yayıb.


“MAQATE-nin münaqişənin hər iki tərəfi ilə əlaqə kanalları var. Hazırda nüvə təhlükəsizliyi ilə bağlı narahatlığa əsas yoxdur”, - deyə təşkilat bildirib.

 

MAQATE-nin baş direktoru Rafael Qrossi vurğulayıb ki, yerləşdiyi yerdən asılı olmayaraq, bütün atom elektrik stansiyaları heç vaxt silahlı hücumun hədəfinə çevrilməməlidir, mətbuat xidməti əlavə edib.

 

Miri