Qaynar xətt:

(+99450) 247 90 86

Kursk vilayətində təcili internet rouminq rejimi tətbiq edilib

Kursk vilayətində təcili internet rouminq rejimi tətbiq edilib

DÜNYA

257

09.08.2024, 22:22

Rusiyanın rəqəmsal inkişaf naziri Maksut Şadayev bildirib ki, bütün Kursk vilayətində rabitə operatorları arasında təcili şəbəkələrarası rouminq rejimi tətbiq edilib.

Oxu24.com xəbər verir  ki,onun sözlərini TASS sitat gətirir.

"Bu gün saat 11-də bölgənin fövqəladə rejimdə olduğunu nəzərə alaraq, biz təcili internet rouminq rejimini tətbiq etdik", deyə o bildirib.

Onun sözlərinə görə, bu rejim abunəçilərə istənilən operatorun baza stansiyalarına qoşulmağa imkan verir.

O qeyd edib ki, bu, “Bizə Kursk vilayətində rabitə problemini həll etməyə imkan verir”.

Bundan əvvəl Rəqəmsal İnkişaf Nazirliyi Kursk vilayətində regional xidmətlərə kütləvi DDoS hücumunun dayandırıldığını bildirmişdi. Bildirilib ki, mütəxəssislər tərəfindən bütün resursların fəaliyyəti bərpa edilib. Roskomndazor qeyd edib ki, İctimai Rabitə Şəbəkəsinin Monitorinqi və İdarəetmə Mərkəzinin (TsMU SSOP) mütəxəssisləri Kursk vilayətində üç obyektə kütləvi DDoS hücumlarını dəf ediblər.

Bundan əvvəl prokurorlara Kursk vilayətində gecə-gündüz monitorinq keçirmək tapşırılıb.

Miri