Qaynar xətt:

(+99450) 247 90 86

İsrailə cavab verməkdən başqa yol yoxdur - İran XİN

İsrailə cavab verməkdən başqa yol yoxdur - İran XİN

DÜNYA

251

07.08.2024, 21:43

Tehranın HAMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə İsrailə cavab verməkdən başqa yolu yoxdur.

OXU24.COM  xəbər verir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani deyib.

O, BMT Təhlükəsizlik Şurasının İsrailin aqressiv addımlarına qarşı səsini çıxara bilmədiyini diqqətə çatdırıb.

Əli Bağeri Kani İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Ciddədə keçirilən növbədənkənar iclasında qeyd edib ki, Təhlükəsizlik Şurası tərəfindən hər hansı müvafiq tədbir görülmədiyi halda, İran İslam Respublikasının özünün qanuni müdafiə hüququndan istifadə etməkdən başqa seçimi qalmır.