Rusiya 200 minə yaxın əcnəbini ölkəyə buraxmayıb
10 Sentyabr 2026, 13:41
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
275
12.07.2024, 13:27
Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi və xarici işlər nazirinin keçmiş birinci müavini Emine Caparova istefa vermək niyyətində olduğunu açıqlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatı Caparova öz feysbuk hesabında paylaşıb.
Ukraynalı diplomatın istefa verməsinə səbəb milyarder həyat yoldaşı Gennadi Boqolyubovun xarici ölkəyə səfəri ilə bağlı yaranmış qalmaqal olub.
Onun sözlərinə görə, istefa ərizəsini ölkənin XİN rəhbəri Dmitri Kulebaya ünvanlayıb. O bildirib ki, qanun pozuntusuna yol verməyib və vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməyib.
Caparova, həmçinin ailəsi ilə bağlı son hadisələri “ədalətsiz” adlandırıb.
Qeyd edək ki, iyulun 7-də yayılan məlumata görə, “Privatbank”ın eks-səhmdarı G. Boqolyubovun Ukrayna ərazisini qanunsuz tərk etməsi ehtimal edilir. Milyarder dövlət sərhədini rəsmi olaraq tərk etməsə də, onun rəsmi buraxılış məntəqələrindən keçməyərək və yaxud başqasının adına olan pasportla xaricə səfər etdiyi güman edilir. Biznesmenin Avstriyada ola biləcəyi qeyd olunub. Daha sonra Boqolyubova sərhədi qanunsuz keçmək və başqasının pasportundan qanunsuz istifadə etməklə bağlı ittiham irəli sürülüb. Ukrayna mediası isə Caparovanın həyat yoldaşını avtomobillə Kiyev vağzalına apardığını, sonuncunun isə qatarla Polşaya getdiyini yazıb.

16:05 / 10 Sentyabr 2026
12
15:50 / 10 Sentyabr 2026
29
15:43 / 10 Sentyabr 2026
35
15:29 / 10 Sentyabr 2026
41
15:09 / 10 Sentyabr 2026
53
14:50 / 10 Sentyabr 2026
49
14:44 / 10 Sentyabr 2026
61
14:38 / 10 Sentyabr 2026
54
14:28 / 10 Sentyabr 2026
58
14:19 / 10 Sentyabr 2026
71
14:11 / 10 Sentyabr 2026
62
13:59 / 10 Sentyabr 2026
84
13:52 / 10 Sentyabr 2026
459
13:49 / 10 Sentyabr 2026
60
13:49 / 10 Sentyabr 2026
157
13:45 / 10 Sentyabr 2026
71
13:44 / 10 Sentyabr 2026
65
13:41 / 10 Sentyabr 2026
63
13:28 / 10 Sentyabr 2026
176
13:23 / 10 Sentyabr 2026
61
13:17 / 10 Sentyabr 2026
64
13:12 / 10 Sentyabr 2026
71
13:01 / 10 Sentyabr 2026
166
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.