Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya kəndlərinə PUA hücumu olub

Rusiya kəndlərinə PUA hücumu olub

DÜNYA

193

11.07.2024, 13:50

Ukrayna Silahlı Qüvvələri (AFU) kamikadze pilotsuz uçuş aparatlarından istifadə edərək Bryansk vilayətinin Poqarski rayonunun Andreikoviçi kəndinə hücum edib.

 

Oxu24.com xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksandr Boqomaz öz Telegram kanalında məlumat verib.

 

Onun sözlərinə görə, hücum nəticəsində xəsarət alan olmayıb.

"Bir evə və bir avtomobilə qismən ziyan dəyib, elektrik təchizatı kəsilib", - Boqomaz qeyd edib.

 

Hazırda hadisə yerində operativ və təcili xidmətlər işləyir.

 

Miri