Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynanın mərkəzində bir neçə partlayış baş verib

Ukraynanın mərkəzində bir neçə partlayış baş verib

DÜNYA

302

09.07.2024, 20:15

Ukraynanın mərkəzindəki Poltava şəhərində bir neçə partlayış qeydə alınıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə yerli Teleqraf nəşrinin Telegram kanalında məlumat verilib.

 

"Poltavada partlayış səsləri eşidilib", - nəşr yazır.

 

Jurnalistlərin məlumatına görə, Moskva vaxtı ilə təxminən 17:59-da Ukraynanın əksər bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.

 

Bu, Poltava və Kiyev vilayətlərinə də aiddir.

 

Xüsusi rejim Moskva vaxtı ilə saat 18:14-də ləğv edilib.

 

İyulun 9-da Odessa vilayətində partlayış baş verib. Ukraynanın “Strana.ua” nəşri partlayışların Çernomorsk şəhərində qeydə alındığına aydınlıq gətirib. Amma başqa təfərrüatlar verilməyib.

 

Həmin gün İctimai telekanal Ukrayna hakimiyyətinin nəzarətində olan Xerson şəhərində partlayışların baş verdiyini elan edib. Bundan əvvəl ərazinin hərbi administrasiyasının rəhbəri Roman Mroçko da Xersonda partlayışların baş verdiyini bildirib.

 

Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri də öz növbəsində regionda infrastruktur obyektlərinə ziyan dəydiyini bildirib. O, partlayışlar nəticəsində tikililərin zədələndiyini vurğulayıb.

 

Nigar