Putin Hindistana gedir
10 Sentyabr 2026, 17:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
326
09.07.2024, 18:58
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva NATO sammitini diqqətlə izləyəcək, çünki alyans Rusiya Federasiyasını özünün düşməni hesab edir və Ukrayna münaqişəsində iştirak edir.
“Biz zirvə toplantısının gedişatını mümkün qədər yaxından izləyəcəyik. Şimali Atlantika Alyansı Rusiyanı düşmən hesab edən ittifaqdır, Ukrayna münaqişəsində birbaşa iştirak edən alyansdır. Biz ritorikanı, danışıqları və kağız üzərində qəbul ediləcək qərarları izləyəcəyik”, - Kreml nümayəndəsi brifinq zamanı bildirib.
NATO sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.
İyulun 5-də NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, sammitdə alyansın hava və raketdən müdafiə sistemlərinin gücləndirilməsi ilə bağlı qərarın qəbul edilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu, Polşada AEGIS Ashore raket sisteminin yeni bazasına da təsir edəcək.
Həmçinin, Ağ Evin yüksək rütbəli rəsmisi bildirib ki, ABŞ Vaşinqtonda keçiriləcək NATO sammitində Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün yeni tədbirləri elan etməyi planlaşdırır.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ NATO sammitində Bayden və Zelenski arasında görüş keçirəcəyini açıqlamışdı.
Nigar
17:58 / 10 Sentyabr 2026
1
17:49 / 10 Sentyabr 2026
24
17:25 / 10 Sentyabr 2026
44
17:09 / 10 Sentyabr 2026
49
16:58 / 10 Sentyabr 2026
43
16:32 / 10 Sentyabr 2026
48
16:19 / 10 Sentyabr 2026
50
16:05 / 10 Sentyabr 2026
69
15:50 / 10 Sentyabr 2026
62
15:43 / 10 Sentyabr 2026
70
15:29 / 10 Sentyabr 2026
70
15:09 / 10 Sentyabr 2026
69
14:50 / 10 Sentyabr 2026
67
14:44 / 10 Sentyabr 2026
82
14:38 / 10 Sentyabr 2026
70
14:28 / 10 Sentyabr 2026
74
14:19 / 10 Sentyabr 2026
90
14:11 / 10 Sentyabr 2026
78
13:59 / 10 Sentyabr 2026
98
13:52 / 10 Sentyabr 2026
568
13:49 / 10 Sentyabr 2026
75
13:49 / 10 Sentyabr 2026
212
13:45 / 10 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.