Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan və Pezeşkian əməkdaşlığı müzakirə ediblər

Ərdoğan və Pezeşkian əməkdaşlığı müzakirə ediblər

DÜNYA

258

08.07.2024, 20:32

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

 

Media bu barədə Türkiyə liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.


Söhbət zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlərə toxunulub, regional və qlobal problemlər də müzakirə edilib.

 

Ərdoğan iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edərək, onların dərin tarixi köklərə malik olduğunu vurğulayıb.

 

Türkiyə lideri Pezeşkyanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.

 

Miri