Qaynar xətt:

(+99450) 247 90 86

İran Livanı dəstəkləyəcək

İran Livanı dəstəkləyəcək

DÜNYA

240

08.07.2024, 15:40

İsrailin “təcavüz” edəcəyi təqdirdə İran Livana yardım göstərəcək.

 

Oxu24.com xəbər verir  ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib.



“Livana qarşı istənilən təcavüz regionda qeyri-sabitliyə və gərginliyin artmasına gətirib çıxaracaq... İran Livanı dəstəkləməyi [xarici siyasətinin prinsiplərindən biri hesab edir və lazımi anda Livana yardım göstərmək imkanını nəzərdən keçirir. ”, - diplomat İranın yeni prezidenti seçildikdən sonra ilk mətbuat konfransında bildirib.

 

İyunun ortalarında İsrail ordusu Livana hücum üçün əməliyyat planını təsdiqləyib. Qəzza zolağında HƏMAS-a qarşı əməliyyatdan sonra İsrail hakimiyyəti eyni vaxtda HƏMAS kimi İsrailə qarşı fəaliyyət göstərən, yəhudi dövlətinin ərazisini atəşə tutan Hizbullah qüvvələrinə zərbələr endirməyi gözləyir.

 

Miri