Qaynar xətt:

(+99450) 247 90 86

Tokayev bunu qadağan etdi

Tokayev bunu qadağan etdi

DÜNYA

238

08.07.2024, 19:31

Qazaxıstanda məmurlara və hərbi qulluqçulara qumar oynamaq və mərc oyunlarında iştirak etmək qadağan edilib.

 

Oxu24.com  Tengrinews portalına istinadən  xəbər verir ki, müvafiq qanunu respublika prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

 

Qeyd olunur ki, sənəddə xüsusi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına, büdcə təşkilatlarının rəhbərlərinə də müvafiq qadağa nəzərdə tutulub. Onu pozsalar, işdən çıxarılacaqlar.

 

Bundan əlavə, qanun Borcluların Vahid Reyestrinə daxil edilmiş şəxslərin qumarda iştirakını qadağan edir.

 

İyunun əvvəlində Qazaxıstanın Məclisi (parlamentin aşağı palatası) məmurlar, təhlükəsizlik işçiləri və hərbçilər üçün qumar və mərc oyunlarını qadağan edən qanun layihəsini qəbul edib. Deputat Elnur Beysenbayevin izah etdiyi kimi, sənəddə nəzərdə tutulan məhdudiyyətlərin pozulması xəbərdarlıq edilmədən işdən çıxarılma ilə nəticələnəcək.

 

Miri