Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada güclü zəlzələ oldu

Rusiyada güclü zəlzələ oldu

DÜNYA

365

07.07.2024, 22:00

Rusiyanın Kamçatka yarımadasında 6.1 bal gücündə zəlzələ baş verib.

OXU24.COM  xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

“Zəlzələnin maqnitudası 6.1, dərinliyi 95 kilometr olub”, - məlumatda bildirilir.

Qeyd olunub ki, zəlzələnin episentri Ust-Kamçatskdan 69 kilometr məsafədə yerləşib.