Qaynar xətt:

(+99450) 247 90 86

“Avatar” və “Titanik” filmlərinin prodüseri vəfat etdi

“Avatar” və “Titanik” filmlərinin prodüseri vəfat etdi

DÜNYA

292

07.07.2024, 11:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Avatar" və "Titanik" filmləri üzərində işləyən "Oskar" mükafatlı amerikalı prodüser Con Landau 63 yaşında xərçəng xəstəliyindən vəfat edib.

OXU24.COM  xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb

Landau 1960-cı ildə Nyu-Yorkda anadan olub və Cənubi Kaliforniya Universitetinin Kinematik Sənətlər Məktəbində təhsil alıb. O, 1997-ci ildə çəkilmiş "Titanik" filmində rejissor Ceyms Kemeronla əməkdaşlığı sayəsində tarixə düşüb - film qlobal kassada 1 milyard dollar qazanan ilk ekran əsəri olub. Bundan sonra Landau 2009-cu ildə “Avatar” və 2022-ci ildə “Avatar: Suyun Yolu” filmlərinə rejissorluq edib.