Qaynar xətt:

(+99450) 247 90 86

Orbanın Putinlə görüşü NATO-da müzakirə olunacaq

Orbanın Putinlə görüşü NATO-da müzakirə olunacaq

DÜNYA

251

05.07.2024, 19:28

NATO-nun növbəti sammitində alyansın nümayəndələri Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya səfərinin nəticələrini müzakirə edəcəklər.

 

Rusiya mətbuatı xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq deyib.


Stoltenberq Orbanın Moskvada NATO-nu deyil, öz ölkəsini təmsil etdiyini vurğulayıb. Bununla belə, iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitdə Macarıstanın baş nazirinin Rusiya prezidenti Vladimir Putinlə danışıqların nəticələri ilə bağlı fikirlərini müttəfiqləri ilə bölüşəcəyi ehtimal edilir.

“Mən gözləyirəm ki, Vaşinqton sammitində bunu müzakirə etmək və [Orbanın] Moskvadakı müzakirələrinə toxunmaq imkanı olacaq. Belə müzakirələr müttəfiqlər arasında mütəmadi olaraq keçirilir”, - Stoltenberq bildirib.

İyulun 5-də Macarıstanın baş naziri Moskvaya gəldi. Onun mətbuat katibi Bertalan Havasinin sözlərinə görə, səfər zamanı Orban Putinlə Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmək niyyətindədir.

 

Nigar