"TikTok"da qlobal problemlər yaşanır
25 Noyabr 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
302
05.07.2024, 11:41
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə niqab qadağası ilə bağlı müzakirələr aparılmır.
“Biz bu müzakirəyə qarışmırıq.",-deyə o bildirib.
Nəşrlə söhbətində Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin İnkişafı, İctimai və Dini Birliklər Məsələləri Komitəsi sədrinin birinci müavini Artem Biçayev aşağı palatada niqab taxmaq məsələsi ilə bağlı geniş müzakirələrin aparılmamasına aydınlıq gətirib. O qeyd edib ki, “bununla bağlı qərarı müsəlman ruhaniləri verməlidir”.
May ayından bəri bir sıra siyasətçilər və ictimai fəallar vətəndaşların üzlərinin tanınmasına mane olan papaqların taxılmasının qadağan edilməsi zərurətindən danışıblar. Belə bir qanun layihəsini Dövlət Dumasına parlamentin aşağı palatasının sədr müavini, Yeni Xalq Partiyasından olan deputat Vladislav Davankov təqdim edib.
İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev və Dövlət Dumasının Ailənin Müdafiəsi Komitəsinin sədri Nina Ostanina da niqablara qarşı çıxış ediblər. Sonuncu həm də məktəblərdə hicab taxmağın qadağan edilməsini istəyib.
Dərbənd və Mahaçqalada baş verən terror aktlarından sonra Dağıstanın rəhbəri Sergey Melikov niqablara qarşı çıxış edib. Bu ideyanı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzi dəstəkləyib. İyulun 3-də Dağıstan Müftiliyi bölgədə niqab taxmağa müvəqqəti qadağa qoyulduğunu elan edib. İyulun 4-də analoji qərar Qaraçay-Çərkəzdə də qəbul edilib.
Miri
00:31 / 25 Noyabr 2026
37
00:17 / 25 Noyabr 2026
63
23:55 / 24 Noyabr 2026
95
23:48 / 24 Noyabr 2026
68
23:34 / 24 Noyabr 2026
89
23:33 / 24 Noyabr 2026
110
23:28 / 24 Noyabr 2026
90
23:22 / 24 Noyabr 2026
86
23:15 / 24 Noyabr 2026
90
23:03 / 24 Noyabr 2026
191
23:00 / 24 Noyabr 2026
177
22:54 / 24 Noyabr 2026
776
22:44 / 24 Noyabr 2026
98
22:22 / 24 Noyabr 2026
970
22:16 / 24 Noyabr 2026
133
22:09 / 24 Noyabr 2026
116
22:07 / 24 Noyabr 2026
118
21:54 / 24 Noyabr 2026
222
21:36 / 24 Noyabr 2026
125
21:32 / 24 Noyabr 2026
244
21:26 / 24 Noyabr 2026
116
21:20 / 24 Noyabr 2026
130
21:18 / 24 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.