Qaynar xətt:

(+99450) 247 90 86

MAQATE Zaporojye atom elektrik stansiyasına hücumu nüvə təhlükəsizliyinə xələl gətirmək adlandırıb

MAQATE Zaporojye atom elektrik stansiyasına hücumu nüvə təhlükəsizliyinə xələl gətirmək adlandırıb

DÜNYA

260

04.07.2024, 20:50

Zaporojye atom elektrik stansiyasına dron hücumu nüvə təhlükəsizliyinin bir neçə sütununu sarsıdır.

 

Oxu24.com xəbər verir  ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi deyib.

 

İyulun 3-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrin Raduqa yarımstansiyasına hücumu nəticəsində Enerqodarın böyük hissəsi işıqsız və susuz qalıb.

 

Zaporojye AES-in 8 əməkdaşı xəsarət alıb, yarımstansiyanın hər iki transformatoru sıradan çıxıb.

 

Zaporojya AES-ə hücum zamanı elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işlər aparılırdı. “Raduqa” iyunun ortalarında “Luç” yarımstansiyasının dağıdılmasından sonra şəhəri elektrik enerjisi ilə təmin edən yeganə yarımstansiya olaraq qalıb. MAQATE enerji infrastrukturuna hücumları dayandırmağa çağırıb.

 

Bundan əvvəl Ukrayna Zaporojye AES-də baş verən partlayışın nəticələrini qiymətləndirib.

 

Nigar