Qaynar xətt:

(+99450) 247 90 86

"Çin NATO-nun maraqlarına MEYDAN OXUYUR" -Yens Stoltenberq

"Çin NATO-nun maraqlarına MEYDAN OXUYUR" -Yens Stoltenberq

DÜNYA

272

01.07.2024, 10:00

NATO Çini rəqib hesab etmir, lakin alyans Pekinin öz dəyərlərinə və maraqlarına meydan oxuduğuna inanır.

OXU24.COM xəbər verir ki, bu fikri NATO-nun səlahiyyət müddəti başa çatan Baş katibi Yens Stoltenberq “Yomiuri” qəzetinə müsahibəsində bildirib.

“NATO Çini düşmən hesab etmir, lakin o, bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur”, - deyə o vurğulayıb. Stoltenberq, həmçinin iddia edib ki, Çin Tayvanı və ona qonşu olan ölkələri təhdid edir.

Bundan əlavə, NATO-nun Baş katibi Çini Rusiyaya hərbi dəstək verməkdə ittiham edib. O bildirib ki, bununla Pekin İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük müharibəni alovlandırır”.