İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub
10 Sentyabr 2026, 21:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
262
01.07.2024, 09:15
"NATO-nun taktiki qrupundan ibarət 10 batalyon Belarusla sərhəddə cəmləşib".
OXU24.COM xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko deyib.
"Bu qüvvələrin ümumi sayı 20 min əsgərə çatır, onlardan 6 mini Amerika hərbçiləridir. Qoşunların bu cür cəmləşməsi Belarusda ciddi narahatlıq və gərginlik yaradır", - Muraveyko ONT telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, Belarus ordusu NATO bölmələrinin hərəkətlərini diqqətlə izləyir, onların taktika və döyüş üsullarını öyrənir:
"Respublika həm də Rusiya ilə müttəfiqlik münasibətlərinə arxalanaraq müdafiə qabiliyyətini gücləndirir. Bu əlaqələrin tərkib hissəsi kimi Belarus ərazisində Rusiyanın taktiki nüvə silahları yerləşdirilib.
Belarus ordusu müvafiq təlim keçib və ölkənin suverenliyinə təhlükə yaranarsa, bundan istifadə etməyə hazırdır. Belarus da hər bir ölkə kimi regionda sabitlik və təhlükəsizlikdə maraqlıdır. Bununla belə, mövcud geosiyasi vəziyyəti və NATO-nun hərəkətlərini nəzərə alaraq, respublika öz təhlükəsizliyini təmin etmək üçün tədbirlərin görülməsini zəruri hesab edir".
21:30 / 10 Sentyabr 2026
1
21:27 / 10 Sentyabr 2026
1
21:20 / 10 Sentyabr 2026
20
21:16 / 10 Sentyabr 2026
20
21:15 / 10 Sentyabr 2026
21
21:06 / 10 Sentyabr 2026
36
20:51 / 10 Sentyabr 2026
51
20:50 / 10 Sentyabr 2026
43
20:40 / 10 Sentyabr 2026
47
20:38 / 10 Sentyabr 2026
339
20:27 / 10 Sentyabr 2026
47
20:22 / 10 Sentyabr 2026
55
20:15 / 10 Sentyabr 2026
51
20:11 / 10 Sentyabr 2026
49
20:07 / 10 Sentyabr 2026
62
20:03 / 10 Sentyabr 2026
50
19:55 / 10 Sentyabr 2026
53
19:35 / 10 Sentyabr 2026
55
19:06 / 10 Sentyabr 2026
151
18:57 / 10 Sentyabr 2026
366
18:53 / 10 Sentyabr 2026
59
18:47 / 10 Sentyabr 2026
770
18:45 / 10 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.