Avropa İttifaqı ölkələrinin liderləri Gürcüstanın Aİ-yə daxil olması prosesinin ölkədə qəbul edilən “xarici agentlər” qanunu ilə əlaqədar faktiki olaraq dayandırıldığını bəyan ediblər.
OXU24.COM xəbər verir ki, Brüsseldə keçirilən sammitin yekunlarına dair bəyanatda deyilir ki, Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının təkliflərindən yayınılmadır.
Sənəddə Gürcüstan hakimiyyəti ölkənin Aİ-yə gedən yolunu təhlükə altına alan və faktiki olaraq üzvlük prosesinin dayandırılmasına səbəb olan hazırkı kursu dəyişməyə çağırılır.
Gürcüstan 2023-cü ilin dekabrında Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusunu alıb. Bu həftənin əvvəlində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə rəhbəri Josep Borrell bildirib ki, Aİ statusu ləğv etməyi nəzərdən keçirə bilər.
Yada salaq ki, xarici agentlər haqqında qanun qəbul ediləndən bəri Avropa liderləri tərəfindən bir neçə dəfə bunun baş verə biləcəyi barədə bəyanatlar səsləndirilmişdi.
Oxu24.com
ŞƏRHLƏR