Qaynar xətt:

(+99450) 247 90 86

Bayden prezidentlik yarışından geri çəkilməkdən imtina edib

Bayden prezidentlik yarışından geri çəkilməkdən imtina edib

DÜNYA

261

28.06.2024, 19:02

ABŞ prezidenti Co Bayden Donald Trampla uğursuz debatdan sonra prezidentlik yarışından geri çəkilmək niyyətində deyil.

 

Oxu24.com xəbər verir  ki, bu barədə hazırkı prezidentin seçki kampaniyasının sözçüsü Set Şuster The Hill-ə bildirib.


"Əlbəttə, o yarışdan çıxmır", deyə spiker bildirib.

 

Baydenin özü debat haqqında danışaraq, "yaxşı etdik" deyib.

 

Donald Tramp və Co Bayden arasında ilk prezidentlik debatı ABŞ-da baş tutub.

 

Tamaşaçıların və ekspertlərin fikrincə, hazırkı prezident onları uğursuzluğa düçar etdi və açıq şəkildə qalib respublikaçı oldu.

 

Bu debatlardan sonra Baydenin tərəfdaşları onun seçkidən tamamilə imtina etməli olacağını etiraf etdilər.

 

Nigar