Qaynar xətt:

(+99450) 247 90 86

Avropa Birliyinin qapıları Gürcüstanın üzünə bağlanıb

Avropa Birliyinin qapıları Gürcüstanın üzünə bağlanıb

DÜNYA

254

28.06.2024, 17:20

Avropa İttifaqı ölkələrinin liderləri bəyan ediblər ki, Gürcüstanın Aİ-yə qəbulu prosesi ölkədə qəbul edilən “xarici agentlər” haqqında qanuna görə faktiki olaraq dayandırılıb. Bu qanun Avropa Komissiyasının Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı tövsiyələrindən kənara çıxmaqdır.

Oxu24.com-un  məlumatına görə, bu barədə Brüsseldə keçirilən sammitin yekunlarına dair bəyanatda deyilir.


Sənəddə Gürcüstan hakimiyyəti “Gürcüstanın Aİ-yə gedən yolunu təhlükə altına alan və de-fakto üzvlük prosesinin dayanmasına səbəb olan hazırkı fəaliyyət kursunu dəyişməyə” çağırılır.

 

Gürcüstan 2023-cü ilin dekabrında Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusunu alıb. Bu həftənin əvvəlində Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Aİ-nin statusu ləğv etməyi nəzərdən keçirə biləcəyini bildirib.

 

Xarici Təsirdə Şəffaflıq Qanunu iyunun əvvəlində qüvvəyə minib. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bunu iyunun 3-də vətəndaşların və müxalifətin genişmiqyaslı etirazlarına, həmçinin prezident Salome Zurabişvilinin vetosuna baxmayaraq imzalayıb.

 

Miri