Qaynar xətt:

(+99450) 247 90 86

Şri-Lanka öldürülən Şri-Lankalılara görə Rusiyadan təzminat tələb edir

Şri-Lanka öldürülən Şri-Lankalılara görə Rusiyadan təzminat tələb edir

DÜNYA

253

28.06.2024, 16:51

Moskvaya səfərə gələn Şri-Lankanın xarici işlər naziri Tharaka Balasuriyanın başçılıq etdiyi nümayəndə heyəti Ukraynadakı müharibədə həlak olan və yaralanan Şri-Lankalıların ailələrinə təzminat tələb edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə   Asiya ölkəsinin Rusiya Federasiyasındakı səfirliyi  məlumat verib.

 

Diplomatik nümayəndəlikdən verilən məlumata görə, nümayəndə heyəti iyunun 26-27-də Rusiyada olub və Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko, eləcə də müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin ilə görüşlər keçirib.

 

Danışıqlar zamanı əsas diqqət müharibədə həlak olan 17 Şri-Lanka vətəndaşı, həlak olanların və yaralananların ailələrinə təzminat ödənilməsi, itkin düşmüş şəxslərin axtarışı, eləcə də işə götürülən Şri-Lanka vətəndaşlarının müqavilələrinə vaxtından əvvəl xitam verilməsi və mükafatların ödənilməsi məsələləri olub.

 

Rusiya Xarici İşlər Nazirliyi Şri-Lankadan olan nümayəndə heyəti ilə görüş elan edib, lakin danışıqlar zamanı qaldırılan mövzuları dəqiqləşdirməyib.

 

Miri