Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11322
az

Əmir Teymur Yezidin cəsədini qəbirdən çıxardıb niyə yandırdı - Şok fakt

16:0727 Mart, 2019
2886
DÜNYA
  • A
 
Məhərrəm-Səfər əyyamının matəm günləri kimi anılmasına nəfsinin qulu olan, ətrafına cahil və tamahkar insanları toplamış Şam (indiki Dəməşq) hakimi Yezid ibn Müaviyənin səbəb olmasını heç kəs inkar edə bilməz. Təəssüf ki, Yezidin Allah düşmənçiliyinə və zülmünə baş əyməyən Peyğəmbərimizin (s) sevimli nəvəsi İmam Hüseynin (ə.s.) və 70-ə yaxın tərəfdarının qətlə yetirilməsində günahı olmadığını söyləyənlər də o dövrdə olub, indi də tapılır. Və belə cahillərin sayəsində ölümündən 700 il sonrayadək indiki Suriya paytaxtında Yezidin üzərində yaraşıqlı türbə qurulmuş məzarı mövcud olmuşdur. 14 əsr öncə olduğu kimi, bu gün də nəinki İslamın, dünyanın taleyinin həll olunduğu qədim Şamda çox sirlər yatır...


Yezidin məzarı haradadır?


Görəsən, deyilən tarixdən sonra Yezidin məzarının başına nə gəlmişdir? Bəs İslam düşməninin məzarı indi qalıbmı və haradadır? Araşdırmamız zamanı həm Yezidin, həm də atası - öncəki Şam hakimi Müaviyə ibn Süfyanın məzarları barədə ilginc məlumatlar ortalığa çıxdı.


Bir sıra tarixi mənbələrdə Yezidin məzarının fateh Əmir Teymur tərəfindən dağıdıldığı söylənilir. Məsələn, Türkiyə mənbələrində Osmanlı sultanı İldırım Bəyazidə həsr edilmiş yazıda belə bir cümləyə rast gəlinir: "Şamda böyük qətliam törədən Teymur sonda Yezid ibn Müaviyənin qəbrini tapdıraraq açdırmış və sümükləri ilə birlikdə qəbri yandırıb yerinə nəcis doldurtmuşdur".

Teymurləng yezidi şeyxin qızını niyə aldı?

Dünya şöhrətli türk səyyah və tarixçisi Övliya Çələbi məşhur "Səyahatnamə"sinin doqquzuncu cildində Əmir Teymurun Yezidin məzarı və yezidilərlə rəftarı barədə qorxu filmini andıran, amma rəngarəng səhnələr nəql edir. O Teymurun, sadəcə, məzarı təhqir etməklə kifayətlənmədiyini Yezidə sayğı göstərən minlərlə kişini də yandırtdığını anladır: "...Teymur Şamı aldıqdan sonra Əməvi Məscidinə gəlib Yezidin yolundan gedənlərə "Buranı paytaxt yapmağa qərar verdim, amma tam yalqızam. Məni evləndirin. Əl sürülməmiş elə gözəl bir qız tapın ki, cahanda bir bənzəri olmasın", - dedi. Yezidin yolundan gedənlərin şeyxi 'Padşahım, əgər cariyən olmasını məsləhət bilirsənsə, elə mənim qızımı al!' -deyə önə çıxdı. Teymur bunu qəbul edib 40 gün, 40 gecə düyün etdi. Elə bir şənlik oldu ki, o boyda Şamda tək bir çadır qurulacaq yer qalmadı. Teymur 41-ci gün Yezidin yolundan gedənlərin bütün şeyxlərini hüzuruna dəvət edib gənc xanımı ilə Əməvi Məscidinin yaxınında gərdəyə girmək istədiyini söylədi. Yezidin şeyxləri dərhal "Olmaaaz! Bu qədər qələbəlik içərisində Züleyxa kimi gözəl olan o qızla gərdəyə girsəniz, şeyximizin namusuna toxunar" - dedilər. Bu sözü eşidən Teymur 'Alçaq məlunlar!" - deyə hayqırdı - Həzrəti Peyğəmbərin (s) mübarək soyundan gələn İmam Hüseyni Kərbəlada şəhid edib mübarək başını şəhər-şəhər dolaşdırıb, övladını susuzluqdan həlak edən, soyundan gələnləri orada-burada təqib və təhqir edən siz deyilmisiniz? Bunları yapmağa utanmadınız, indi bu məlun hərifin nikahlayıb aldığım qızı ilə qapalı bir yerdə gərdəyə girilməsindənmi utanırsınız? Sizin dininiz nədir?! Söyləyin mənə, sizi nə şəkildə qətl edim?!".

Bundan sonra Teymur əsgərlərinə əmr etdi, hər tərəfdən odun gətirdib Yezidin yolundan gedənləri Nəmrud atəşi içərisində buraxdı. Sonra gedib Yezidin qəbrini açdırdı. Cəsədin hələ pozulmadığını görən bəzi əsgərlərin 'Sultanım, bu Yezid nə də olsa, səhabədəndir, əfv et" - deməklərinə daha da hiddətlənərək bir ocaq da yandırtdı. Yezidin cəsədiylə bərabər 13 adamı da oda atdı və Yezidin küllərini havaya sovurtdu. Bu iş də bitəndən sonra bütün əsgərlərini çağırıb məzarın üzərinə pislətdi".

Yezidin cəsədi qəbirdə öz-özünə yanıb?

Bəzi İslam alimləri Yezidin cəsədinin dəfn olunduqdan az sonra öz-özünə yandığını da iddia edirlər. Şəhid Ayətullah Seyyid Əbdül Hüseyn Dəstgeyb "Quran və qiyamət" kitabında yazır: "...Bəzi vaxtlarda əzabın şiddətindən ruh bərzəx aləmində həmin cəsədə də təsir qoyur. Məsələn, Yezid ibn Müaviyəni (Allah ona lənət etsin) misal göstərmək olar. Belə ki, Bəni-Abbas dövründə Bəni-Üməyyədən olanların qəbirlərini açır, cəsədlərini yandırırdılar. Yezidin qəbrini açanda, cəsədin yanıb külə dönməsini göstərən nazik bir xətdən başqa bir şey tapmadılar...".

Hafta.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli görüntü: İt  azərbaycanlının  barmağını qopardı
Tükürpədən görüntü: Suya salınan pişik
Şok görüntü: Mitinqə çıxan adamlar snayperlə vuruldu

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu