Əhaliyə 5000 dollar veriləcəyini açıqladı
10 Sentyabr 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
290
24.06.2024, 18:13
Avropa Dəyərləri və Şəffaflıq üzrə Avropa komissarı Vera Jourova bildirib ki, AK istifadəçilərin sayı ilə bağlı qeyri-dəqiq məlumatlar təqdim etdiyinə dair şübhələrdən sonra Telegram messencerinə qarşı araşdırma başlatmağa hazırlaşır.
Oxu24.com xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” məlumat yayıb.
“Mən Telegram-a etibar etmirəm. Onların cəmi 42 milyon istifadəçisi olduğuna inana bilmirəm. Biz komissiyada əminik ki, xidmətin çoxdan 45 milyondan çox istifadəçisi var. Avropa Komissiyası indi araşdırmaya başlayıb-başlamamağımızı yoxlayır”, – Jurova bildirib.
İyunun 2-də Avropa Komissiyasının rəhbərinin müavini Vera Jourova Bloomberg-ə müsahibəsində bildirib ki, AK messencerin iş prinsipini öyrənmək üçün Avropa İttifaqına (Aİ) üzv olan ölkələrdən Telegram istifadəçilərinin sayını yoxlayacaq. Onun sözlərinə görə, Telegram-ın rəsmi məlumatlarına görə, onun Avropa İttifaqından 42 milyon qeydiyyatdan keçmiş istifadəçisi var.
Onun sözlərinə görə, əgər istifadəçilərin faktiki sayı göstəriləndən çox olarsa, o zaman Avropa Komissiyası “Telegramı dərindən öyrənməli” olacaq. Jourova xatırladıb ki, rəqəmsal xidmətlər haqqında qanuna əsasən, platformalar dezinformasiyanın yayılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə mübarizə aparmaq öhdəliyini öz üzərinə götürür.
Nigar
23:14 / 10 Sentyabr 2026
162
23:08 / 10 Sentyabr 2026
53
23:03 / 10 Sentyabr 2026
63
23:00 / 10 Sentyabr 2026
47
22:53 / 10 Sentyabr 2026
48
22:44 / 10 Sentyabr 2026
55
22:40 / 10 Sentyabr 2026
1616
22:36 / 10 Sentyabr 2026
54
22:28 / 10 Sentyabr 2026
54
22:20 / 10 Sentyabr 2026
59
21:54 / 10 Sentyabr 2026
217
21:50 / 10 Sentyabr 2026
61
21:35 / 10 Sentyabr 2026
72
21:30 / 10 Sentyabr 2026
102
21:27 / 10 Sentyabr 2026
57
21:20 / 10 Sentyabr 2026
65
21:16 / 10 Sentyabr 2026
67
21:15 / 10 Sentyabr 2026
65
21:06 / 10 Sentyabr 2026
72
20:51 / 10 Sentyabr 2026
119
20:50 / 10 Sentyabr 2026
64
20:40 / 10 Sentyabr 2026
65
20:38 / 10 Sentyabr 2026
629
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.