Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11277
az

Bütün dünyanın danışdığı Baş nazir əvvəl DJ olub

13:5026 Mart, 2019
619
  • A
 
Yeni Zelandiyada 50 müsəlmanın qətlə yetirilməsindən sonra dünya mediasının diqqətini bu ölkənin Baş naziri Jasinda Ardern haqqında məlumatlar zəbt edib.
Bu dəfə xanım baş nazirinin keçmişdəki işi diqqəti cəlb edib. Məlum olub ki, o, siyasətdən əvvəl DJ-liklə məşğul olub. Professional olaraq bu işlə məşğul olan Ardern 2014-cü ildə Yeni Zelandiyanın Auklənd şəhərində baş tutan festivalda çıxış edib. Baş nazir instaqram hesabında da bu peşəyə olan sevgisini paylaşımlarıyla bildirir. Ardern dj-liyinin yaxşı olub olmaması barədə danışmasa da, izləyiciləri onun mükəmməl olduğunu qeyd edib. Qeyd edək ki, J.Ardern 2017-ci ildə İşçi Partiyasından namizədliyini irəli sürərək seçkiləri qazanıb.
Beləliklə, 37 yaşında dünyanın ən gənc lideri statusunu qazanıb. 2018-ci ilin yanvar ayında həyat yoldaşı Klark Qayforddan övlad dünyaya gətirəcəyini bəyan edərək baş nazirlik vəzifəsindən 6 həftə uzaqlaşıb. Ancaq işinin başına tez qayıtmasıyla rəğbət qazanıb. Ardernin vəzifədə olduğu müddətdə ən böyük imtahanı məsciddə müsəlmanların terror hücumuna məruz qalması olub. Bu böyük böhranı da uğurlu şəkildə idarə edərək dünya miqyasında bəyənilib.

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə kimlər sosial şəbəkələrə girə bilməyəcək?
Təyyarə havaya qalxmadan ALIŞIB YANDI: 109 nəfər... -VİDEO
Bu gün hava necə olacaq? -PROQNOZ

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi