Qaynar xətt:

(+99450) 247 90 86

Putinə yaxın olan milyarder axtarışa verildi

Putinə yaxın olan milyarder axtarışa verildi

DÜNYA

259

21.06.2024, 14:13

Ukrayna Daxili İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinə yaxın olan rusiyalı milyarder Arkadi Rotenberqin axtarışına başlayıb.

Modern.az xəbər verir ki, Ukrayna KİV-i hüquq-mühafizə orqanlarının yaydığı sənədlərə istinadla qeyd edir ki, Arkadinin oğlu, sahibkar İqor barəsində də axtarış elan edilib.

Onlar “dövlət hakimiyyətini ələ keçirmə, ərazinin və ya dövlət sərhədinin dəyişdirilməsinə yönəlmiş fəaliyyəti maliyyələşdirmə”, “cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması”, habelə “vergidən yayınma” maddələri ilə axtarışdadırlar.


Araşdırmaçı jurnalistlərin məlumatına görə, Arkadi Rotenberqlə əlaqəli şirkətlər və fondlar Krımın ilhaqının ilk beş ilində təkcə yarımadada hökumət müqavilələrinə rekord məbləğdə 300 milyard rubl xərcləyib.

Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Avropa Birliyi, ABŞ, Böyük Britaniya, Ukrayna və bir sıra digər ölkələr Arkadi Rotenberqə qarşı sanksiyalar tətbiq edib. 2023-cü ilin martında Ukrayna hakimiyyəti onun aktivlərini, o cümlədən Kyiv Ocean Plaza ticarət mərkəzini milliləşdirib. Qərbin məhdudlaşdırıcı tədbirləri Arkadi Rotenberqin qardaşı Borisə, həmçinin onların oğlanları Roman və İqor Rotenberqə də təsir edib.

İyunun 19-da Avropa İttifaqının Ədalət Məhkəməsi İqor Rotenberqin ona qarşı sanksiyaların götürülməsi barədə iddiasını rədd edib. Şikayətində Rotenberq qeyd edib ki, onun artıq “Qazprom Burenie” şirkətində və “Platon” elektron ödəniş sistemində səhmləri yoxdur və dövlət müqavilələrinin imzalanması onun Rusiyanın hərəkətlərini dəstəkləməsi demək deyil. Bununla belə, məhkəmə sahibkara tətbiq edilən sanksiyaları qanuni hesab edib.

Ağır qəza: Yaralılar var

21:50 / 10 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Ağır qəza: Yaralılar var

61

0
15 yaşlı uşaq avtomobil sürərsə, nə qədər cərimə yazılır? – Ekspertdən AÇIQLAMA  

21:35 / 10 Sentyabr 2026

HÜQUQ HÜQUQ

15 yaşlı uşaq avtomobil sürərsə, nə qədər cərimə yazılır? – Ekspertdən AÇIQLAMA  

72

0
Kanat qəzasında günahkar kimdir? – Məsul şəxsləri 7 ilədək həbs gözləyə bilər   

21:30 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kanat qəzasında günahkar kimdir? – Məsul şəxsləri 7 ilədək həbs gözləyə bilər   

102

0
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub

21:27 / 10 Sentyabr 2026

DÜNYA DÜNYA

İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub

57

0
Məhkəmə iclasına getməsəniz nə baş verər? – Vəkildən AÇIQLAMA  

21:20 / 10 Sentyabr 2026

HÜQUQ HÜQUQ

Məhkəmə iclasına getməsəniz nə baş verər? – Vəkildən AÇIQLAMA  

65

0
Böyrəkdə daş var, amma ağrı vermir: Onu saxlamaq olarmı?

21:16 / 10 Sentyabr 2026

TİBB TİBB

Böyrəkdə daş var, amma ağrı vermir: Onu saxlamaq olarmı?

67

0
Orta Dəhlizdə yeni çağırışlar və Azərbaycanın tranzit potensialı: Politoloq vacib məqamlardan DANIŞDI  

21:15 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Orta Dəhlizdə yeni çağırışlar və Azərbaycanın tranzit potensialı: Politoloq vacib məqamlardan DANIŞDI  

65

0
Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

21:06 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

72

0
Təhsil sistemində köklü İSLAHAT: Pedaqoji ixtisaslar yalnız dövlət sifarişi ilə olmalıdır?   

20:51 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Təhsil sistemində köklü İSLAHAT: Pedaqoji ixtisaslar yalnız dövlət sifarişi ilə olmalıdır?   

119

0
“Tənbəl zob” bağırsaqları və ürəyi niyə yavaşladır? – Həkimdən XƏBƏRDARLIQ  

20:50 / 10 Sentyabr 2026

TİBB TİBB

“Tənbəl zob” bağırsaqları və ürəyi niyə yavaşladır? – Həkimdən XƏBƏRDARLIQ  

64

0
Ac qalaraq arıqlamaq mümkündürmü? – Arıqlamaq istəyərkən ürəyinizi riskə atmayın   

20:40 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ac qalaraq arıqlamaq mümkündürmü? – Arıqlamaq istəyərkən ürəyinizi riskə atmayın   

65

0
Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU 

20:38 / 10 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU 

629

0