Qaynar xətt:

(+99450) 247 90 86

DİN prezidentliyə namizədin yalanını üzə çıxardı

DİN prezidentliyə namizədin yalanını üzə çıxardı

DÜNYA

335

21.06.2024, 12:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranın Daxili İşlər Nazirliyi prezidentliyə namizid Məsud Pezeşkianın ölkədəki etnik qruplar barədə bəyanatına münasibət bildirib.

Yenisabah.az Borna-ya istinadla xəbər verir ki, nazirliyin Siyasi Məsələlər üzrə İdarəsinin baş direktoru Abdulla Moradi deyib:

"13-cü hökumətdə (mərhum İbrahim Rəisi administrasiyası - red.) siyasi təyinatlarda meritokratiyaya diqqət yetirməklə yanaşı, yüksək səviyyəli rəhbərlərin təyinatlarının peşəkar göstəricilərinə uyğun olaraq, həm də qanunla yerli seçimə və bütün yerli imkanlardan istifadəyə ciddi diqqət yetirildi". 

O əlavə edib: "İslam Respublikasının strukturunda Konstitusiyanın 3-cü fəslinə əsaslanaraq, etnik mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların bərabər hüquqları var. İddiaların əksinə olaraq, indi Kirmanşah, Qərbi Azərbaycan və Kürdüstan əyalətlərinin hörmətli valiləri milli mənsubiyyətcə kürddürlər. Hətta Mazandaranın möhtərəm valisi də İlam kürdlərindəndir və təbii olaraq bu vilayətlərdəki valilərin müavini və valiləri də yerli şəxslərdir".