“Yaxın vaxtlarda Ermənistanın Qafan şəhərində Baş konsulluğun açılmasını planlaşdırırıq”.
APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib:
“Ermənistanla yanaşı, Maldivdə də Baş konsulluğun açılmasına qərar verilib. Hazırda İndoneziyanın Bali adasında da analoji statusda diplomatik nümayəndəliyin fəaliyyətə başlaması üçün işlər aparılır. Hazırda bu məqsədlə son dərəcə nəhəng təşkilati-texniki işlər aparılır”, – İvanov fikirlərini yekunlaşdırıb.
Oxu24.com
ŞƏRHLƏR