Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ İŞİD-in yüksək rütbəli nümayəndəsini məhv etdi

ABŞ İŞİD-in yüksək rütbəli nümayəndəsini məhv etdi

DÜNYA

233

20.06.2024, 10:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ ordusu Suriyada İŞİD-in yüksək rütbəli nümayəndəsini məhv edib.

Oxu24.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bildirib.

"İyunun 16-da Mərkəzi Komandanlıq Suriyada İŞİD-in yüksək rütbəli funksioneri Usamə Camal Məhəmməd İbrahim əl-Cənabini hava zərbəsi nəticəsində məhv edib. Onun ölümü təşkilatın resursları təmin etmək və terror hücumları həyata keçirmək qabiliyyətini sarsıdacaq" deyə qeyd edilib.

Məlumata əsasən, zərbə nəticəsində mülki əhalinin tələfatı barədə məlumat daxil olmayıb.