Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11235
az

Ailəsini 17 yaşlı qıza dəyişən, qadınlarla min oyundan çıxan dahi - İNANILMAZ FAKTLAR

20:4724 Mart, 2019
1307
DÜNYA
  • A
İspan rəssamlıq məktəbinin şah əsəri Pablo Pikassonun həyatı qadınlar üzərində qurulmuşdu.

Sənətşünaslar uzun illər sonra Pablonun ən dəyərli 7 qadınının adını açıqlayıblar.

Oxu24.com dahinin 7 qadını haqda yazını təqdim edir:

Bəli, bir-birindən gözəl qəhrəmanlar rəssamın yaradıcılıq fəzasını daha da genişləndirməyə nail oldular. Amma Pikasso onlara adi qadın xoşbəxtliyini qıymamaqla da qalmadı, çəkdiyi portretlərdə simalarını bədheybətə tay tutdu. Rəssamın bütün münasibətlərinin sonu ilham pərilərinin süi-qəsdə təşəbbüsü, psixoloji xəstəlikləri ilə sonlanırdı.

Pablonun boyu cəmi 158 santimetr idi, amma fantastik enerjisi, əsil kişi xarizması minlərlə qadını maqnit kimi özünə çəkirdi. Çünki bu maqnitin xəmiri alov kimi isti ispan temperamentindən yoğrulmuşdu. Təəssüf ki, rənglər kralının 92 illik ömrü qırıq qadın qəlblərinin çiliklərindən toplanmış pazla bənzəyir.

Fernanda Olivye

O, qadınları iki cəbhəyə bölürdü - ilahələr və ayaq silmək üçün əsgilər. Di gəl ki, həyatına ilahə cildində girən məşuqələrinə ayaqlarını silib atırdı. Pikassonun ac-yalavac gəncliyinin ən parlaq xatirəsi Fernanda Olivyedir. Fernanda keçmişi taleyindən də qaranlıq olan naturaçı idi. Bir rəssamın ağuşundan digərinin yatağına qonan gənc model 10 il boyunca Pablonun mələyinə çevrildi. Fernanda Pablonun boz ac dünyasını çılpaq, ilıq çəhrayıya boyadı. Olivye bəzən saatlarla eyni pozada çılpaq durub rəssamın əsərlərinin yaranmasına vəsilə olurdu. Hətta ayaqqabı almağa pulları olmadığından aylarla evdən çıxa bilmirdi. Yenə də səfil rəssamına sitəm etmirdi. Bir qarnı ac, bir qarnı tox cütlüyün yeganə təsəllisi seks idi. Amma alovlu ehtiras da bir gün iki yol ayrıcında sönür. Pablo özünə Marsel Umber adlı daha gənc gözəlçə tapır. Fernanda isə polşalı rəssama aşiq olur.

Marsel Umber (Yeva)

Marsellə Pablo 1911-ci ildə Parisin "Ermitaj" kafesində tanış olmuşdular. Zərif Marseli görən kimi Pablo onu Yeva (Həvva) adlandırır. Bununla həm də həyatının ilk qadını olduğunu vurğulamaq istəyir. Artıq Pablo Pikasso imzası kifayət qədər tanınır, rəssam yüksək məbləğə sifarişlər götürürdü. Marsel bəstəboy, sakit təbiətli, incə qız idi, yəni Fernandanın tam əksi...Rəssam bütün əsərlərində onu hava kimi yüngül, hətta çəkisiz təsvir edirdi. Hətta çox vaxt skripka və gitara obrazına da bənzədirdi.

Pikassonun Yevaya həsr etdiyi əsərlərdə qadın gözəlliyi olduqca şəffaf və su kimi təmizdir. Marsel rəssamın səmasında parlayıb, tez sönən ən parlaq ulduz idi. Elə gənc ikən vərəmə yoluxan Yeva dünyasını dəyişməklə qalmayıb, sevimli rəssamının da dünyasını büsbütün yeniləyir.

Olqa Xoxlova - ilk rəsmi arvadı

Bəli... Pablonun ilk rəsmi xanımı rus əsilli Olya olub. Olya ona Həvva məhəbbətini də unutmağa yardım edib. Onların tanışlığının da qəribə tarixçəsi var. Belə ki, Pablo yazıçı Jan Kokto ilə yaxın dost idi. Günlərin bir günü Kokto gənc dostuna "Parad" baleti üçün dekorasiya qurmağı təklif edir. İş əsnasında özünün "Koklova" adlandırdığı rus balerina ilə tanış olur. 27 yaşlı balerina nikahı sənətindən üstün tutaraq səhnədən gedir. 1918-ci ildə cütlük ailə qurur. Bir müddət sonra Pablo evlilik qərarına, xüsusən də pravoslav məbədində əbədi sevgiyə and içməyinə özü də təəccüblənirdi. Toydan sonra Pablo Olqanı İspaniyaya aparıb valideynləri ilə tanış edir. Qısa müddətdə həyat yoldaşına Parisdə çox gözəl ev alır. Pablo arvadına elə heyran idi ki, onu tanrının hədiyyəsi adlandırır, hətta bohem həyat tərzi ilə vidalaşmağa qərar vermişdi. İlahi sevginin əsas səbəblərindən biri də Olyanın ailə quranda bakirə olması idi. Pablo bakirə qızla evləndiyi üçün duyduğu qüruru hər kəslə paylaşırdı.

Amma hadisələr öz axarından başqa məcraya yönəlir. Xoxlova ərini nümunəvi həyat yoldaşı, bahalı salonların tələb olunan sifarişli rəssam obrazında görmək istəyirdi. Hətta bunun üçün əlindən gələn hər şeyi edirdi. Dahi ərinin barmaqlarından axan kubizmini inkar edirdi. Pikasso xanımının bakirəliyi ilə qürurlansa da, onu qəfəsə salıb açarını gizlətməyini lənətləyirdi. Bəli Olqa Pabloya maddi təminat, qızıl kisəsi nəzərində baxırdı. Bu məqam onları bir-birindən uzaqlaşdırırdı. Hətta 1921-ci ildə doğulan övladları cütlüyün can verən eşqini dirildə bilmir. Amma atalıq hissi Pablonun damarına işləmişdi. Günlərlə fasiləsiz arvadını və körpəsini təsvir edə bilərdi.

Darıxdırıcı, ölümcül həyat dahini tez bezdirdi. Uğursuz ittifaqa görə arvadını günahlandıran rəssam onu bədheybət qarı obrazında çəkir, bununla da ürəyi soyumurdu, uzun iti dişlər, sallanan döşlər, böyük cinsiyyət orqanı ilə də bəzəyirdi. Pablo bu qəbildən olan silsilə portetlər çəkib. Hər biri Olqaya olan nifrətinin bir zərrəsidir.

Məşuqələrini əlcək kimi dəyişən fırça ustası arvadını stress, əsəb, hətta divanəlik həddinə çatdırır. Pablonun bakirə məhəbbəti tənhalıq otağında xərçəng xəstəliyindən ölür.

Mariya Tereza Valter

Pablo Olqanı və oğlunu 17 yaşlı Mariya Terezaya dəyişmişdi. Yeniyetmə qıza bəslədiyi məhəbbət tək yaradıcılığında deyil, taleyində də dərin iz qoydu. Qızları dünyaya gələndən sonra qadını Pablonun gözündə şam kimi söndü. Rəssamın Mariya Tereza dövrünü yaradıcılığının intibahı saya bilərik. Mariya dahinin məşuqəsi, naturaçısı, oyuncağı, ilahəsi və təbii ki, ayağını sildiyi əskiyə çevrildi.

Dora Maar

Qaynar ispanın möhtəşəm fotoqraf və rəssam qadını Dora... Mariya Tereza ilə saçyolduya çıxan həmin çılğın qadın... İllər sonra Pablo amansız qadın döyüşünü həyatının ən günəşli məqamı kimi xatırlayacaqdı. Rəssam kişi hiyləsini işə salıb hər iki məşuqəsi ilə münasibətə davam edir. Doraya rəsmlər silsiləsi həsr edir, sevişir, həftənin iki gününü isə Tereza və qızı ilə keçirirdi. Məşuqəsinin vəhşi temperamenti, qısqanclığı rəssamı təngə gətirir, ondan ayrılıb Mariya və qızına zaman ayırmağa başlayır. Amma hər iki qadının taleyini qara əskiyə bükür. Belə ki, psixi sarsıntı keçirdən Dora xəstəxanaya yatırılır. Uzun müddət elektroşokla müalicə alır. İllər sonra xəstəxanadan çıxıb mistika və astrologiyadan mədət umur. Dora Maar 89 yaşında kasıb komasında dünyasını dəyişir. Mariya Tereza isə dahisinin xəyanət qorxusu və davamlı gözləntilərinə yenilir. Bir neçə il sonra özünü asır.

Mari Fransuaza Jilo

1943-cü ildə Parisin işğalı zamanı Pablo yenə və yenə taleyini dəyişən qadınla tanış olur. Həmin vaxt rəssam 62 yaşında idi. İlahəsi Mari isə 22-ci baharını yaşayırdı. Mari rəssamın həm qadını, həm də ən istedadlı tələbəsinə çevrildi. Hətta öz tərzini yaradıb, məşhur rəssam oldu. Mari sayəsində Pablo anladı ki, birgə həyat iztirabın qapısı deyil. İki insan bir damın altında kifayət qədər xoşbəxt yaşaya bilər. Gənc arvadı ömrünün payızını yaşayan rəssama Klod adlı oğul, Paloma adlı qız bəxş etdi. Məhz bu uşaqlar Pikassonun milyardlıq mirasının varisi oldular. Jilo olduqca güclü qadın idi. Qoca ərinin xəyanətindən xəbər tutan kimi onu tək edir ki, adı özündən əvvəlkilərlə bir sırada hallanmasın.

1964-cü ildə Jilo "Pikasso ilə həyatım" adlı avtobioqrafik kitabını nəşr etdirdi. Kitabda özünün rəssamla münasibəti ilə yetinməyib, digər qadınlarının taleyini də qələmə aldı. Bu nəşrdən hiddətlənən Pikasso arvadı və övladları ilə əlaqəni birdəfəlik kəsir.

Jaklin Rok

Rəssamın həyatının son 20 ilini Jaklin adlı ilahənin ayağına yaza bilərik. Jaklin Pablonun son ehtirası və ikinci qanuni arvadı oldu. Uzun müddət METR-in naturaçısı və katibəsi olan dəbli Jaklin onun yaralarını (?) sarmağı bacardı. Jaklinlə münasibəti illərində Pablo nə az, nə çox 400 əsər yaratdı. Jaklin onu "dahi maestro" adlandırır, şöhrətini bahalı libas kimi əyninə geyinirdi.

92 yaşlı dahi ölərkən son sözləri bu olur: "Daim ölümü düşünürəm. Məni tərk etməyən yeganə qadın odur".

METR Pikassonun həyatının ən önəmli, heç azalmayan yeganə sevgisi isə anası Mariya Pikasso Lopes olub. Mariya Don Juan oğlunu dahi adlandırır, həyatındakı heç bir qadını ona layiq bilmirdi. Bəlkə də övladına aşıladığı bu eqoist ruhun yaradıcı ehtirasla vəhdəti Pablonu dünyanın ən varlı rəssamı, ən kasıb kişisinə çevirdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə zəlzələ oldu
Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ
İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi