Qaynar xətt:

(+99450) 247 90 86

Ağ Ev qarşıdan gələn G7 sammiti ilə bağlı gözləntilərini açıqlayıb

Ağ Ev qarşıdan gələn G7 sammiti ilə bağlı gözləntilərini açıqlayıb

DÜNYA

292

07.06.2024, 12:47

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, İtaliyada keçiriləcək G7 sammitinin nəticəsi Rusiya aktivlərindən əldə edilən gəlirlərin istifadə edilməsi və Ukraynaya köçürülməsi planı olmalıdır.

 

Oxu24.com xəbər verir  ki,onun sözlərini “Repubblica” qəzeti sitat gətirir.

 

"Ukraynanın müdafiəsinə böyük töhfə verəcək G7-nin İtaliyada keçirilməsinin ilk nəticəsi Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Kiyevi maliyyələşdirmək üçün istifadə edilməsi planının blokdan çıxarılması olacaq", - Sullivan deyib.

 

Bundan əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen Qərbin Kiyevə kredit vermək niyyətini açıqlamışdı və bu kredit daha sonra Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə ödəniləcək.

 

Onun sözlərinə görə, bu ideya G7 ölkələrində bəyənilib.

 

Yellen qeyd edib ki, Vaşinqton hazırda müttəfiqləri və tərəfdaşları ilə Kiyevə kömək etmək üçün Rusiya aktivlərindən istifadə yollarını koordinasiya edir.

 

Daha əvvəl bildirilmişdi ki, Yeddilik Qrupu (G7) Rusiya Federasiyasına qarşı iqtisadi və maliyyə sanksiyalarını gücləndirməyi gözləyir, məqsədlərdən biri də Rusiya Federasiyasının enerji ixracından əldə etdiyi gəliri azaltmaq olacaq.

 

Bundan əvvəl Aİ Ukraynanın Rusiya aktivlərindən vəsaitlərin ilk tranşını nə vaxt ala biləcəyini açıqlamışdı.

 

Nigar