Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynaya 225 milyon dollarlıq yeni yardım

Ukraynaya 225 milyon dollarlıq yeni yardım

DÜNYA

218

07.06.2024, 12:02

ABŞ hakimiyyəti Ukraynaya təxminən 225 milyon dollar məbləğində əlavə hərbi yardım edə bilər.

Oxu24.com xəbər verir ki, yeni paketə "HIMARS" çoxsaylı raket sistemləri üçün sursatlar daxildir.

Rəsmilər qeyd ediblər ki, yeni paketə "Hawk" zenit-raketləri, “Stinger” yer-hava raket sistemləri, “Javelin” tank əleyhinə raket sistemləri, zirehli maşınlar, qoşqular, patrul katerləri, söküntü materialları və ehtiyat hissələri də daxildir.

Xatırladaq ki, aprelin sonunda ABŞ prezidenti Co Bayden Kiyevə, İsrailə, Ukraynaya və Tayvana 95 milyard dollarlıq silah tədarükünü bərpa etmək üçün Konqres tərəfindən təsdiqlənmiş qanun layihələri paketini imzalayıb. Bundan dərhal sonra Pentaqon Ukraynaya 1 milyard dollar dəyərində silah və texnika göndərdiyini açıqladı, daha sonra Vaşinqton növbəti 400 milyon dollarlıq silah partiyasını Kiyevə ayırdı.

Mənbə: Apnews.com

Yeganə