Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110767
az

DƏHŞƏTLİ OLAY: Dağa çırpılan təyyarənin sərnişinləri son anlarını lentə aldılar - VİDEO

22:0003 İyun, 2024
164
DÜNYA
  • A

Təyyarə sərnişinləri təsadüfən son anlarını ürpədici kadrlara çəkiblər. Dəhşətli videonu məşhur "Reddit" forumunda NightOwlTokyo ləqəbli istifadəçi paylaşıb.

OXU24.COM  xəbər verir ki, təyyarə Erebus dağına çırpılıb və göyərtəsində olan 257 nəfərin hamısının həlak olub. Qəzadan əvvəl insanlar Antarktida üzərində görməli yerləri gəzirdilər.

Qısa videoda Oklenddən Antarktidaya səyahət edən "Air New Zealand 901" reysi ilə hər yaşda olan insanların həyəcanla kabinədə hərəkət etməsi, pəncərələrdən şəkil çəkdirməsi göstərilir. Faciəli hadisə 1979-cu il noyabrın 28-də baş verib. Kapitan-pilot Cim Kollinz sərnişinləri daha yaxşı mənzərə ilə təmin etmək üçün təyyarəni təxminən 609 metr hündürlüyünə qaldırıb.

Sonuncu hesab edilən və yıxılma anında çəkilmiş fotoşəkillərdən birində yanacağın illüminatora necə sıçramağa başladığı göstərilir.

Təyyarənin qalıqlarından kameralar çıxarılıb, onların köməyi ilə qarla örtülmüş mənzərəni çox detallı şəkildə əks etdirən fotoşəkillər əldə etmək mümkün olub. İlkin araşdırma zamanı belə qənaətə gəlinib ki, qəzaya səbəb pilot xətası olub. Lakin ictimaiyyətin etirazı ekspertləri faktları bir daha yoxlamağa məcbur edib. Bundan sonra müəyyən edilib ki, qəzaya səbəb fəlakət ərəfəsində uçuş marşrutunun koordinatlarına düzəliş edilməsi olub.

Ekipaj bu dəyişiklik barədə məlumatlandırılmayıb və təyyarənin Erebus dağına yönləndirildiyini dərk etməyib.

Kokpitdən götürülmüş son səsyazmalarında pilotların təyyarənin təhlükəli dərəcədə uçuruma yaxın olması barədə xəbərdarlıqları eşidilir. Altı saniyə sonra təyyarə yamaca çırpılıb. 

Bir çoxları hələ də "Air New Zealand"ı ən ölümcül qəzasını planlı yalanlarla ört-basdır etməkdə günahlandırır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə zəlzələ oldu
Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ
İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi