Qaynar xətt:

(+99450) 247 90 86

Pakistanda şaxtada qaz sızması nəticəsində 11 nəfər ölüb

Pakistanda şaxtada qaz sızması nəticəsində 11 nəfər ölüb

DÜNYA

367

03.06.2024, 21:35

Pakistanın Bəlucistan əyalətində kömür mədənində qaz sızması nəticəsində 11 nəfər həyatını itirib.

 

Oxu24.com xəbər verir  ki, Kvetta əyalətinin dağ-mədən müfəttişi Əbdül Qani Baloch bildirib ki, Kvetta yaxınlığındakı mədəndə qaz sızması baş verib.

 

Hadisədə 11 nəfərin boğularaq həyatını itirdiyini bildirən Bəluç, bütün cəsədlərin mədəndən çıxarıldığını və onların hava yolu ilə daşınması üçün hazırlıqların görüldüyünü bildirib.

 

Dövlət rəsmiləri qəza ilə bağlı araşdırmalara başlanıldığını da qeyd ediblər.

 

Mart ayında Bəlucistan əyalətində başqa bir şaxtada baş verən partlayışda 12 nəfər həyatını itirmişdi.

 

Nigar