Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyaya hücum olub: Ölən var

Rusiyaya hücum olub: Ölən var

DÜNYA

314

03.06.2024, 20:19

İyunun 3-də Belqorod vilayətinin Murom kəndində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin hücumu zamanı bir nəfər ölüb.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

 

“Yol boyu hərəkət edən minik avtomobili Ukrayna Silahlı Qüvvələri tərəfindən kamikadze pilotsuz uçan aparatla hücuma məruz qalıb, partlayış nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb.

 

Ölən şəxsin şəxsiyyəti müəyyənləşdirilir. Hücuma məruz qalan avtomobil tamamilə yanıb.

 

Qladkov həmçinin həmin gün Ukrayna Silahlı Qüvvələrinin 6 yaşayış məntəqəsinin hücumuna məruz qaldığını bildirib.

 

Altı ev, dörd avtomobil, mobil telefon qülləsi, anbar və bir ailə həkimi kabinetinə ziyan dəyib.

 

Bundan əvvəl bildirilmişdi ki, iyunun 2-də Ukrayna millətçilərinin pilotsuz təyyarələrinin bölgəyə hücumu nəticəsində Belqorod yaxınlığındakı Voznesenovka kəndinin 3 mülki sakini yaralanıb.

 

Miri