Qaynar xətt:

(+99450) 247 90 86

Britaniyalıların Rusiyaya girişi qadağan edilib

Britaniyalıların Rusiyaya girişi qadağan edilib

DÜNYA

292

03.06.2024, 18:41

Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyadan olan siyasətçilərin, jurnalistlərin və ekspertlərin ölkəyə girişinə qadağa qoyub.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

 

Eyni zamanda Xarici İşlər Nazirliyi sanksiya tətbiq etdiyi şəxslərin adlarını da açıqlamır.

 

Departament Britaniya mediasını “rusofobiya aşılamaqda”, Britaniya siyasətçilərini “Londonun anti-Rusiya siyasətini həyata keçirməkdə”, ekspertləri isə Rusiyada baş verən hadisələri “mənfi və həqiqətə uyğun olmayan” işıqlandırmada ittiham edir.

 

Aprel ayında Xarici İşlər Nazirliyi 22 Britaniya vətəndaşının, o cümlədən Ticarət Nazirliyinin və ölkənin İT sektorunun nümayəndələrinin Rusiyaya girişinə qadağa qoyub.

 

Miri