Xarici agentlər haqqında qanunun meyarlarına tabe olan Gürcüstan təşkilatları reyestrdə qeydiyyatdan keçməkdən imtina edərlərsə, onların hesabları dondurulacaq.
Oxu24.com xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının sədri Kaxa Kaladzeyə istinadən məlumat yayıb.
Kaladze deyib ki, bir sıra qeyri-hökumət təşkilatlarının xaricdən aldığı vəsaitləri gürcü cəmiyyətini qütbləşdirmək və inqilabi ssenariləri təbliğ etmək üçün istifadə etdiyinə dair şübhələr var.
Gürcüstanda bu yaxınlarda qəbul edilən xarici agentlər haqqında qanun cəmiyyətdə və yerli siyasətçilər arasında qarışıq reaksiyaya səbəb olub.
Ölkədə etiraz aksiyaları keçirilib, Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi qanun layihəsini imzalamaqdan imtina edib.
Qanuna əsasən, maliyyə vəsaitlərinin 20%-dən çoxunu xaricdən alan qeyri-hökumət təşkilatları və media qurumları “xarici gücün maraqlarını təşviq edən təşkilat” kimi qeydiyyatdan keçməlidir.
Bundan əlavə, belə QHT və KİV-lərdən hər il Maliyyə Nazirliyinə gəlir və xərc bəyannaməsi təqdim etmələri tələb olunacaq.
Mayın 28-də Gürcüstan parlamentinin iclası keçirilib, iclasda dövlət başçısının xarici agentlər haqqında qanuna vetosu aradan qaldırılıb. 150 deputatdan 84-ü sənədin yekun qəbulunun lehinə səs verib.
Qanun iyunun 3-dən qüvvəyə minib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR