Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstan prezidenti dövlətə xəyanətdə ittiham olunub

Gürcüstan prezidenti dövlətə xəyanətdə ittiham olunub

DÜNYA

312

26.05.2024, 12:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilini dövlətə xəyanətdə ittiham edib.

 

Oxu24.com  xəbər verir ki, o, bunu Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

 

“Xalqın və onun seçdiyi hökumətin birliyi və mənalı addımları bizə son iki ildə ekzistensial təhdidlərə və müxtəlif xəyanətlərə, o cümlədən prezidentə xəyanətə baxmayaraq, ölkədə sülhü qorumaq imkanı verdi”, - Kobaxidze bildirib.

 

Onun sözlərinə görə, Gürcüstanın ən yaxın tarixi və müasir dünyada gedən proseslər göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır.

 

Öz növbəsində, Gürcüstan prezidenti hərbçilər və ölkə rəhbərliyinin nümayəndələri qarşısında çıxış edərək hakimiyyətin hərəkətlərini tənqid edib. O, bir daha təkrar etdi ki, oktyabrda keçiriləcək parlament seçkiləri ölkənin kursunu müəyyən edəcək - rusiyapərəst və ya avropalı.

 

Nigar