Qaynar xətt:

(+99450) 247 90 86

Lukaşenko Putinin Belarus üçün neft qiymətləri ilə bağlı qərar verdiyini açıqlayıb

Lukaşenko Putinin Belarus üçün neft qiymətləri ilə bağlı qərar verdiyini açıqlayıb

DÜNYA

316

24.05.2024, 18:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, rusiyalı həmkarı Vladimir Putin Belarus üçün neft və qazın qiyməti ilə bağlı qərar verib.

 

Oxu24.com xəbər  verir  ki, onun sözlərini BELTA yayıb.

 

“Respublikaya neft və qaz tədarükünün şərtlərini nəhayət razılaşdırmaq lazımdır”, - Belarus lideri Rusiya rəhbəri ilə danışıqlar zamanı bildirib.

 

Onun məlumatına görə, Putin uzun müzakirələrdən sonra qiymətlərlə bağlı müvafiq qərar qəbul edib və hökumət tezliklə neft-qaz sazişlərini yekunlaşdıracaq.

 

Yanvarın sonunda Lukaşenko bildirmişdi ki, Rusiya Federasiyası və Belarus ümumi neft və qaz bazarlarının yaradılması məsələsində hələ də konsensus əldə etməyiblər.

 

Bundan əvvəl Lukaşenko Rusiya ilə vahid qaz bazarının formalaşmasında problemlərdən və onun həyata keçirilməsi planlarının pozulmasından danışıb.

 

Miri