Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya aviaşirkətinin təyyarələri havada sıradan çıxıb

Rusiya aviaşirkətinin təyyarələri havada sıradan çıxıb

DÜNYA

301

22.05.2024, 20:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çərşənbə günü, mayın 22-də Rusiyanın "Yamal" aviaşirkətinin iki təyyarəsi nasazlıq səbəbindən Tümenə enməyə məcbur olub.

 

Oxu24.com xəbər  verir  ki,  The Moscow Times Ural Nəqliyyat Prokurorluğuna istinadən yazır.

 

Səhər Ufadan Novı Urenqoya uçan Sukhoi Superjet 100-ün ekipajı avtomatik nasazlıq barədə məlumat verib.

 

Təyyarə komandiri Tümendəki Roşçino alternativ aerodromuna uçmağa qərar verib.

 

Günün ikinci yarısında Ufa - Noyabrsk marşrutu ilə uçan başqa bir Yamal Airbas 320 təyyarəsi pilotun kabinəsinin təzyiqinin azalması səbəbindən həmin hava limanına məcburi eniş edib.

 

Təyyarədə 93 sərnişin olub, xəsarət alan olmayıb.

 

Bir gün əvvəl texniki nasazlıq səbəbindən Red Wings aviaşirkətinə məxsus SSJ-100 təyyarəsi Çelyabinskdən Novı Urenqoya uça bilməyib.

 

Nigar