Qaynar xətt:

(+99450) 247 90 86

İsveçrədə naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

İsveçrədə naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

DÜNYA

220

15.05.2024, 22:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsveçrənin Aarqau kantonunda yerləşən Zofingen şəhərində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə TASS Fransanın AFP xəbər agentliyinə istinadən məlumat yayıb.

 

Materialda hücumçunun bir neçə nəfəri yaraladığı qeyd edilir. Lakin qurbanların dəqiq sayı hələlik açıqlanmayıb.

 

"Hücum edən şəxs saxlanılıb", -  deyə  məlumatda qeyd olunur.

 

Aprelin 13-də Avstraliyanın Sidney şəhərində bıçaqla silahlanmış şəxs ticarət mərkəzlərindən birinə gələnlərə hücum edib. Nəticədə uşaqlar da daxil olmaqla bir neçə nəfər xəsarət alıb. Lakin onlardan altısını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hücumçunu aradan qaldıra biliblər. Sonradan məlum oldu ki, 17 yaşında ona şizofreniya diaqnozu qoyulub.

 

Nigar