Qaynar xətt:

(+99450) 247 90 86

Serbiya və Çin arasında 28 sənəd imzalandı

Serbiya və Çin arasında 28 sənəd imzalandı

DÜNYA

308

09.05.2024, 15:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çin Xalq Respublikasının Sədri Si Cinpinin Serbiyaya səfəri çərçivəsində iki ölkə arasında 28 sənəd imzalanıb.

Oxu24.com xəbər verir ki, sənədlər Serbiya ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinin artırılmasını nəzərdə tutur. Bundan başqa, Çin Sədri Si Cinpin və Serbiya Prezidenti Aleksandar Vuçiç iki ölkənin birgə gələcəyinin qurulmasına dair bəyannamə imzalayıblar.

Liderlərin görüşündə iki ölkə arasında münasibətlərin hazırki vəziyyətindən məmnunluq ifadə olunub, tərəfdaşlıq səviyyəsinin yüksəldilməsi barədə razılıq əldə edilib.

Aleksandar Vuçiç Çin ilə Serbiya arasındakı dostluğun möhkəm olduğunu vurğulayıb. Çin Sədri isə iki ölkə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu bildirib.