Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb

Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb

DÜNYA

264

07.05.2024, 12:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın müxalif ictimai xadimi olan jurnalist və publisist, xüsusi rejimli koloniyada 25 il həbs cəzası çəkən Vladimir Kara Murza “Pulitzer” mükafatına layiq görülüb.

Məlumata görə, Murza həbsdə olarkən “The Washington Post” üçün yazdığı bir sıra köşə yazılarına görə mükafata layiq görülüb.

2023-cü ilin aprelində Moskva şəhər məhkəməsi Vladimir Kara Murzanı ciddi rejimli koloniyada 25 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, “Pulitzer” mükafatı ABŞ-də jurnalistika, ədəbiyyat, musiqi və teatr sahələrində ən məşhur mükafatlardan biridir.