FETÖ-ya qarşı əməliyyat: 4 nəfər saxlanılıb
14 Sentyabr 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
432
06.05.2024, 22:54
Rusiyada xidmət edən ukraynalı kiçik zabitin 6 əsgəri və komandirini yatarkən öldürərək qaçdığı iddia edilib.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,Rusiya ordusunda kiçik zabit kimi xidmət edən Ukrayna əsilli Yuri Qaluşkonun yatmış 6 əsgəri və komandirini öldürərək qaçdığı iddia edilib. Qaluşkonun Ukraynaya keçə biləcəyindən ehtiyatlanaraq genişmiqyaslı axtarışlara başlanılıb.
Rusiyanın işğalı altında olan Donetsk vilayətində 10-cu tank alayının haubitsa artilleriya batalyonunda xidmət edən Qaluşkonun ötən gecə yaxın məsafədən dostlarının ürəyindən və sinəsindən atəş açdığı, daha sonra AK-12 “Kalaşnikov” avtomatı ilə qaçdığı bildirilib.
Hücum Rusiyanın pravoslav Pasxa bayramını qeyd etdiyi və Qələbə günü tədbiri öncəsi hərbi parad keçirdiyi vaxt baş verib.
Hələlik rəsmi açıqlama verilməsə də, Telegram-da yer alan sənədə əsasən, Qaluşkonun həbsi ilə bağlı xəbərdarlıq edilib. Sənəddə deyilir ki, “2024-cü il mayın 4-də kiçik zabit Qaluşko 10-cu tank alayının haubitsa artilleriya batalyonunun altı əsgərini öldürüb və AK-12 avtomatı ilə birlikdə yoxa çıxıb. Ukrayna mənbələri Qaluşkonun əslən ukraynalı olduğunu və Rusiya üçün döyüşməyə məcbur olduğunu bildiriblər.
Miri
18:51 / 14 Sentyabr 2026
1
18:45 / 14 Sentyabr 2026
87
18:34 / 14 Sentyabr 2026
88
18:28 / 14 Sentyabr 2026
30
18:22 / 14 Sentyabr 2026
48
18:19 / 14 Sentyabr 2026
38
18:14 / 14 Sentyabr 2026
55
18:12 / 14 Sentyabr 2026
38
18:04 / 14 Sentyabr 2026
161
17:51 / 14 Sentyabr 2026
327
17:45 / 14 Sentyabr 2026
84
17:45 / 14 Sentyabr 2026
116
17:40 / 14 Sentyabr 2026
53
17:26 / 14 Sentyabr 2026
133
17:15 / 14 Sentyabr 2026
65
17:12 / 14 Sentyabr 2026
82
17:03 / 14 Sentyabr 2026
144
17:01 / 14 Sentyabr 2026
63
16:49 / 14 Sentyabr 2026
583
16:46 / 14 Sentyabr 2026
595
16:35 / 14 Sentyabr 2026
68
16:25 / 14 Sentyabr 2026
75
15:59 / 14 Sentyabr 2026
638
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.