Qaynar xətt:

(+99450) 247 90 86

Özbəkistan Olimpiadaya vəsiqə qazandı

Özbəkistan Olimpiadaya vəsiqə qazandı

DÜNYA

341

30.04.2024, 09:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Futbol üzrə Asiya Kubokunun yarımfinal matçında Özbəkistan və İndoneziya gənclər komandaları qarşılaşıb.

OXU24.COM xəbər verir ki, görüş Dohada (Qətər) baş tutub. Oyun 2:0 hesabı ilə Özbəkistanın xeyrinə başa çatıb.

İlk qolun müəllifi Hüseyn Norçayev olub. Hücumçu 68-ci dəqiqədə fərqlənib. Son dəqiqələrdə indoneziyalı futbolçunun avtoqolu Özbəkistanın hesabda üstünlüyünü artırıb.

Beləliklə, Özbəkistan millisi 23 yaşadək futbolçulardan ibarət Asiya kubokunun finalına yüksəlib və burada Yaponiya və İraq arasında yarımfinal matçının qalibi ilə qarşılaşacaq.

Bundan əlavə, bugünkü nəticə sayəsində Özbəkistan komandası tarixdə ilk dəfə Olimpiadaya vəsiqə qazanıb.